© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HCVG
_500x150_thumb.jpg)
Əsas xüsusiyyətləri:
- Saatda 23 ədədə yaxın yük maşınının keçidini təmin edir
- 400mm qalınlığında polad təbəqədən nüfuz etməsi
- Üzvi/qeyri-üzvi materialları fərqləndirmək üçün, viZual texnologiya (6MeV)
Əlavə xüsusiyyətləri:
- Təftiş olunacaq obyektin ölçüsünə uyğunlaşdırıla bilən hündürlük
- Az yer tutması və təhlükəsizlik üçün qoruyucu sərhəd
- Yerinin dəyişdirilə bilməsi
Seçənəklər:
- 3.5MeV, 4MeV, and 4/6MeV gərginlikli tipləri var
- Nəqliyyat vasitələrini, tək və ya cüt olaraq skan edir
- Avtomatik Radioaktiv Material Aşkaretmə (ARD)
Rentgen təftiş sistemlərinin HCVG seryası, geniş spektrumda sürətləndirici vasitələrdən istifadə edərək, qalınlığı 280mm-dən 400mm-ə qədər olan obyektlərə nüfuz edə bilir və eyni zamanda, sürətli təftişi təmin edərək, nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmır.
Sistemin viZual texnologiya (seçənək) kimi tanınan yüksək keyfiyyətli şəkilçəkmə qabiliyyəti, konteyner və ya nəqliyyat vasitəsinin aydın, radioskopik təsvirləri ilə operatoru təmin edir. Üzvi/qeyri-üzvi materialları fərqləndirmə və atom nömrəsinə əsaslanan rəngləndirmə funksiyaları bir dəfə skan etməklə, etibarlı və sürətli təftişə imkan yaradır.
Avtomatik Radioaktiv Material Aşkaretmə (ARD) funksiyası ilə təchiz olunarkən, HCVG sistemi, nəqliyyat vasitəsi/konteynerin içndə radioaktiv qamma və ya neytron materialın mövcudluğunu aşkar etmək üçün, eyni anda həm rentgen təftişi, həm də analizi həyata keçirir.
Modulyar dizaynı, asanlıqla daşınmasına imkan yaradır. Avtonom, yığcam HCVG sistemini quraşdırmaq, minimum xarici infrastruktur tələb edir. Kiçik ərazi tutur, istifadəsi asandır. Çox tələbatda olan beynəlxalq təhlükəsizlik sistemlərinə asanlıqla inteqrasiya olunur.
HCVG sistemləri, bütün dünyada gömrük işçiləri və hüquq-mühafizə orqanları üçün əvəzedilməz bir vasitə olduğunu sübut etmişdir.
Spesifikasiya | |
---|---|
Minimum sayda işçi heyəti | 1nəfər şəkil operatoru, 1 nəfər nəqliyyatın hərəkətini tənzimləyən operator |
Çəkisi | 27 ton |
Skanetmə sürəti | 24m/dəq |
İşlədiyi tempratur | -20°C-dən +40°C-yə kimi |