HCVP

Portal X-ray screening system

enlarge

Əsas  xüsusiyyətləri:

  • Saatda 195 maşının keçidi
  • 300mm qalınlığında polad təbəqədən nüfuzetmə (6 MeV)
  • Üzvi/qeyri-üzvi materialları fərqləndirmək üçün, viZual texnologiya (6MeV)

Əlavə xüsusiyyətləri:

  • Müntəzəm skanetmə nəqliyyatın sabit keçidini təmin edir.
  • Kiçik ərazidə yerləşir, aşağı dərəcədə rentgen şüaları buraxır
  • Avtonom aparat əməliyyatı asanlaşdırmaq üçün dizayn olunmuşdur.

Seçənəklər:

  •  4Mev və 6MeV gərginlikli tipləri var
  • Avtomatik Radioaktiv Material Aşkaretmə (ARD)

HCVP seriyalı sistemlər, 4MeV-6MeV  elektrik gərginliyindən enerjini paylayan sürətləndiricilər təklif edir ki, bu da  230mm-dən 300mm-ə qədər qalınlığı olan polad təbəqəyə nüfuzetmə gücünə malik olmaqla, saatda 195 ədəd maşını təftiş etməyə imkan verir. Bu yeni, avtomatik, rəvan skan prosesi, maşınların maneəsiz, müntəzəm şəkildə gəlib keçməsinə təminat verir.

Sistemin viZual texnologiya (seçənək) kimi tanınan yüksək keyfiyyətli şəkilçəkmə qabiliyyəti, konteyner və ya nəqliyyat vasitəsinin aydın,radioskopik təsvirləri ilə operatoru təmin edir. Üzvi/qeyri-üzvi materialları fərqləndirmə və atom nömrəsinə əsaslanan rəngləndirmə funksiyaları bir dəfə skan etməklə, etibarlı və sürətli təftişə imkan yaradır.

Modulyar dizaynı asanlıqla daşınmasına imkan yaradır. Avtonom, yığcam HCVP sistemini quraşdırmaq minimum xarici infrastruktur tələb edir. Kiçik ərazi tutur, istifadəsi asandır. Çox tələbatda olan beynəlxalq təhlükəsizlik sistemlərinə asanlıqla inteqrasiya olunur.

HCVP sisteminin avtomatlaşdırılmış skanetmə prosesi nəqliyyat vasitəsinin və ya konteynerin rentgen təftişindən keçməsini təmin edir.Nəqliyyat vasitəsinin yaxınlaşmasını aşkar edən kimi, sistem təftiş prosesinə başlayır. Sürücü və onun kabinəsi skan olunmur. Avtomatik Radioaktiv Material Aşkaretmə (ARD) funksiyası ilə təchiz olunarkən, HCVG nəqliyyat vasitəsi/konteynerin içndə  radioaktiv qamma və ya neytron materialın mövcudluğunu aşkar etmək üçün, eyni anda həm rentgen təftişi, həm də analizi həyata keçirir.

Spesifikasiya
Minimum sayda işçi heyəti 1 nəfər nəqliyyatın hərəkətini tənzimləyən operator, 1 nəfər sistem operatoru və 8 nəfər şəkil operatoru 
Çəkisi 11,000 kq
Skanetmə sürəti saatda 1750m
İşlədiyi tempratur -20°C-dən +40°C-yə kimi
  •