© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
02PN20

Əsas xüsusiyyətləri:
- Maqnetik, qeyri-maqnetik və qarışıq xəlitədən hazırlanmış silahların aşkar olunması
- Təhlükəsizlik səviyyəsinin birbaşa seçilməsi
- Hərtərəfli təftiş və aşkar olunmuş silahların görüntülənməsi
- Çox yüksək səviyyədə fərqləndirmə və sürətli keçidin təmin olunması
Əlavə xüsusiyyətləri:
- Elektromaqnetik və mexaniki maneələrin təsirinə davamlılıq
- Çox etibarlı və stabil
- Gündəlik test üçün daxili funksiya
- Hərtərəfli avtodiaqnostika qabiliyyəti
02PN20 təkmilləşdirilmiş, arkaşəkilli (walk-through) metal detektorudur, insanları təftiş etmək üçün tətbiq olunur. Ciddi təftiş prosesini həyata keçirməklə yanaşı, sürətli keçidi də təmin edir.
Detektorun kontrol cihazı arkaya birləşdirilmişdir, yüksək etibarlılığı və elektromaqnetik maneələrə davamlı olması ilə səciyyələnir. Proqrama giriş həm mexaniki qıfıl, həm də simvollardan(hərf və rəqəm) ibarət iki parolla qorunur.
Detektorun həssaslığı, keçid sürətindən asılı deyil, bu da, insanların sürətlə keçməsini təmin edir.
Maksimum təhlükəsizlik, yüksək sürətli keçid və yüksək səviyyəli iş əmsalı tələb olunan yerlərdə, 02PN20 sistemi mükəmməl çözümdür.
Spesifikasiya | |
---|---|
Enerji təminatı | 115 / 230 V Dəyişən Cərəyan +10/-15%, 50 ÷ 60 Hz, 40 VA MAX |
Xarici interfeys | Terminal/kompüter/xarici modemin qoşulması üçün RS-232C interfeysi (100m məsafəyə kimi). |
İşlədiyi tempratur | -10°C-dən +65°C-yə kimi |
Nisbi rütubət | 0%-95% (kondensasiyasız) |