Bio-Seeq PLUS

Bio-Seeq PLUS

enlarge

Əsas xüsusiyyətləri

  • Portativ/əldə daşınan, çöl mühitində istifadəyə tam yararlı LATE-PCR texnologiyası.
  • 6 fərqli analizin eyni anda aparılmasına imkan verir.
  • Yüzə qədər orqanizmdə xüsusi bioloji döyüş agentlərinin dərəcəsini müəyyən edir.
  • Qarayara, tulyaremiya, taun, pan-ortopoks kimi bioloji döyüş agentlərini təyin edir.

Əlavə xüsusiyyətləri

  • Təxminən 65 dəqiqəyə nəticəni təqdim edir
  • Yenidən enerji yığa bilən, litium-ion batereya paketi

Bio-Seeq PLUS  yüksək dəqiqliyə malik, portativ cihazdır. Bioloji döyüş agentlərinin izlərini (virus və bakteriya mənşəli) DNT analizi ilə aşkar edir. Təkmilləşdirilmiş təftiş və təyinetmə üçün, bu sistem LATE-PCR™ texnologiyasından faydalanır.  Bu texnologiya yanlış şəkillərin qarşısını alır və nəticənin ümumi etibarlılığını yüksəldir.

Bu cihazın proqramları bioloji testlərdə az təcrübəsi olan və ya heç təcrübəsi olmayan istifadəçilər üçün dizayn olunmuşdur. Analiz prosesində instruksiyaya əməl etmək çox rahatdır. Cihazın membran(üstü örtülmüş) klavyaturası var- iri düymələri qoruyucu əlcəklə də cihazı istifadə etməyə imkan verir. 

Sınanmış bir texnika olaraq, çöl mühitində istifadə üçün optimaldır. Bioloji döyüş agentlərinin mövcudluğu şübhəsi yarandıqda, Bio-Seeq PLUS həlledici rol oynayır. 

Bio-Seeq PLUS-yüksək keyfiyyətli servis, təlim və dəstəklə inkşaf etdirilir.  Bu, məhsulun optimal tətbiqinə şərait yaradır. 

Bio-Seeq PLUS  aşağıdakı dizayn və əməliyyat üçün təkmilləşdirilmiş xüsusiyyətləri özündə cəmləşdirir:
• Yüksək dərəcədə etibarlılıq və sabit tempratur üçün yeni termosikl qızdırıcı
• Yüksək dərəcədə etibarlılıq və asan istifadə üçün yeni klavyatura
• Daxili batereya- cihaz işləyərkən belə, xarici enerji mənbəyindən yüklənə bilər
• Avropa və ABŞ voltajlarına uyğun xarici enerji 

Bio-Seeq PLUS təcrübələri,  PrimeSafe™ kimi tanınan, təkmilləşdirilmiş  Smiths LATE-PCR™ reaktiv preparatlarından da istifadə edir. PrimeSafe™, demək olar ki, prosesdə  səhvlərə imkan vermir. 

Bio-Seeq PLUS  ilə aparıla bilən təcrübələr: 
• Qarayara pX01 və Qarayara pX02
• Tulyaremiya
• Taun
• Ortopks
• Təlimdə istehsal olunan materiallar

Smiths Detection mütərəqqi təhlükəsizlik çözümləri və dövlət tərəfindən tənzinlənən, CBRNE (kimyəvi, bioloji, reaktiv, nüvə, partlayıcı materialları) və digər təhlükəli və ya qanunsuz maddələri aşkar və təyin edən  texnologiya məhsullarının dünya üzrə lider təminatçısıdır. 

Bio-Seeq,  LATE-PCR, Bio-Seeq PLUS və PrimeSafe Smiths Detectionun qeydiyyatdan keçmiş ticarət nişanıdırlar.

Spesifikasiya
Ölçüsü 30.5 x 18 x 7.5 sm (12 x 7 x 3 in.)
Çəkisi Detektor (batereya paketi daxil olmaqla) -  3.0 kq (6.6 funt)
Batereya paketi - 0.47kq (1.04 funt) 
Enerji Xarici - 12 V sabit cərəyan ( dəyişən cərəyan üçün olan adaptor vasitəsilə)
Daxili- yenidən enerji ilə yüklənə bilən, litium-ion batereya paketi. Bir dəfə yüklənməklə, 10 saata qədər işləyə bilir. 
Rabitə RS232. Satışdan əlavə olaraq alınmış konnektor ilə, USB-yə də bağlana bilər.
Testin müddəti(səciyyəvi) LATE-PCR, şəraitdən asılı olaraq, təqribən 65 dəqiqəyə sınağın nəticənini təqdim edir.