© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
SmartBio Sensor

Əsas xüsusiyyətləri
- Havada olan bioagentləri operativ təftiş edir.
- Asanlıqla daşınır.
- Az enerji tələb edir.
- Əməliyyat üçün maye və ya əlavə reaktiv preparat tələb etmir.
- Genetik dəyişdirilmiş agentləri aşkar edir.
Əlavə informasiya
- Hərbi Sistem və Milli Təhlükəsizlik üçün, habelə, mülki xilasedicilər üçün nəzərdə tutulmuşdur.
SmartBio Sensor (SBS) – havada olan bioloji agentləri operativ təftiş edir. Sistem bakteriya, bakteriya sporları, toksin və virusları müəyyən edir, bu proses zamanı ətraf mühitdə olan ümumi bioloji və kimyəvi maneələrə cüzi reaksiya verir.
SmartBio Sensor havada olan bioagentləri tutaraq, yarı-selektiv optik biosensorlara ötürür. Biosensorlardan gələn işıq, bioagentlərə xas olan siqnal nümunələrini yaratmaq üçün daxili kompüterdə formalaşır. Bioagentlər araşdırma işləri və doğruluğunu təsdiqləyəcək analiz üçün, sensorlarda saxlanılır.
Hazırkı SmartBio Sensor prototip sistemi, 8 sensor şəbəkəsi və havada olan hissəciklərin miqdarını ölçən cihaz (tərkibində bioagentlər olan buludları operativ aşkar etmək üçün) istifadə edir. Bu kompleks sistem daha yaxşı seçim aparmağa və havadakı maneələrə qarşı daha yaxşı müqavimətə imkan verir(xüsusi bioişıqlanmaya əsaslanan texnika ilə müqayisədə). SBS sensorları, xüsusi spesifik orqanizmlərin təyin olunması üçün yaradılmış sensorlardan yayına bilən, əvvəllər görünməmiş və ya genetik olaraq dəyişmiş orqanizmlərə reaksiya verə bilər.
Spesifikasiya | |
---|---|
İş prinsipi | Multikanallı işıqlanma və nümunənin tanınması |
Təftiş etdiyi agentlər | Bakteriya, bakteriya sporları, viruslar, toksinlər |
Təftiş kanalları |
8 ədəd kimyəvi işıq sensoru 2 ədəd hissəciklərin miqdarını ölçən kanal |
İş rejimi | fasiləsiz |
Nəticə vermə müddəti |
Aşkaretmə- 2 dəqiqədan az müddətə təyinetmə-cihaz işə salındıqdan 5-10 dəqiqə sonra |
Ölçüsü (H x En x Dər.): |
Batereyasız - 35.6 x 20.3 x 17.8 sm (14” x 8” x 7”) Batereya ilə - 43.2 x 20.3 x 17.8 sm (17” x 8” x 7”) |
Çəkisi |
Batereyasız - 10.0 kg (22 funt) Batereya ilə - 12.2 kg (27 funt) |
Enerji |
Dəyişən Cərəyan -90-240V (47-440 Hz) Sabit Cərəyan- 9-36V |
Batereya |
UBI-2590- yenidən yüklənə bilir (təxminən 8 saat işləyir) BA-5390 birdəfəlik (təxminən 12 saat işləyir) |
İşləmə tempraturu | 0°-50° C (32°-122° F ) |
Havadan nümunə alınması | 3 ədəd daxili nasos (ikisi dəqiqədə 10L, biri isə 2.5L tutuma malikdir) |
Rabitə | RS-232 vasitəsilə |
Bort yaddaşı | 128 MB kompakt flash |
İstifadəçi interfeysi |
Bort siqnalı və vəziyyət indikatorları Məlumatı RS-232 vasitəsilə görüntüləmək üçün, SBS proqram təminatı |