Kimyəvi agentlərin təftişi

Kimyəvi silah təhlükəsi hərbi qüvvələr üçün onillərdir ki, mövcuddur və bu, suda və quruda aparılan əməliyyatlara əsaslı şəkildə təsir edə bilər. Bu təhlükə sürətlə mülki insanlara doğru yönəlməkdədir. Buna görə də, cəbhə xəttində döyüşçüləri və ümumiyyətlə ictimaiyyəti qorumaq üçün, kimyəvi agentləri və zəhərli kimyəvi maddələri operativ aşkar etmək zəruridir.

Smiths Detection, dəqiq, etibarlı təftiş aparan və istifadəsi asan individual məhsullar və birləşdirilmiş sistemlər təklif edərək, kimyəvi agentlərin təftiş olunması üzrə dünya çapında liderdir.

Aşağıda verilən Smiths Detection məhsulları kimyəvi agentlərin təftiş olunması üçün tətbiq olunur:
 

Fasiləsiz nəzarət üçün
SABRE CENTURION II - Avtomatlaşdırılmış, stasionar təftiş sistemdir. Kimyəvi agent və zəhərli kimyəvi maddə təhlükəsini aşkar etmək üçün havanı kontrol edir. (ətraflı)

GID-3 – Çox çevik, istifadəsi rahat bir sistemdir. Dünya üzrə ən geniş, hərtərəfli sınaqdan keçmiş,  cəbhə xəttində tətbiq oluna bilən, stasionar və  mobil şəkildə istifadə üçün nəzərdə tutulmuş kimyəvi döyüş agenti detektorudur.(ətraflı)  

Portativ/əldə daşınan məhsullar
CAM (Chemical Agent Monitor) - Sinir, dəri (suluq) və ya  maye agentləri aşkar etmək üçün, sınanmış, ilk kütləvi istehsal olunan əl detektorudur. (ətraflı)

CAM-Səhra Modeli- (ətraflı)

HGVI – Multi-sensorlu qaz və buxar (kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələr) təyinedicisidir.(ətraflı)

 LCD 3.2E -Kiçik, yüngül, fasiləsiz işləyən, operativ detektordur. Kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələri aşkar edir.(ətraflı)

 LCD 3.3 -Kimyəvi döyüş agentlərini aşkar edən kompakt detektor və zəhərli kimyəvi maddələrin təyinedicisidir. (ətraflı)  

LCD-FR -Kompakt və portativ, kimyəvi agent və zəhərli kimyəvi maddələrin təftişi üçün sistemdir(ətraflı)

LCD-NEXUS - Portativ, çox həssas və selektiv detektordur, kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələri aşkar edir. Sərt mühitdə tətbiq etmək üçün əlverişlidir. (ətraflı)

MMTD - Kimyəvi agentlər və zəhərli kimyəvi maddələri aşkaretmə imkanına malik, partlayıcı və narkotik maddələri eyni anda təyin edən, möhkəm əl detektorudur.(ətraflı)  

SABRE 4000 - Yeganə portativ detektordur ki, buxar və təhlükəli maddənin hissəciklərini analiz edir, kimyəvi agent, partlayıcı, narkotik və  zəhərli kimyəvi maddə təhlükəsini aşkar edə bilir. (ətraflı)

"NEW" SABRE 5000 - Yeni, üç rejimli, portativ detektordur. Təkmilləşdirilmiş buxar təftişetmə xüsusiyyəti, geniş spektrumda maddəni tanımasına imkan verir. (ətraflı)

PROTECT-avtomatlaşdırılmış, proqram təminatı və avadanlıqdan ibarət olan sistemdir.  Bioloji agentlərin aşkar olunmasına və kompleks bioterror hücumlarına reaksiyanı təkmilləşdirmək üçün, CBRNE detektorlarını, anoloji və rəqəmsal kamera sistemlərini (CCTV), siqnal ötürülməsinin formalaşmasını və optimal cavab protokollarını birləşdirir. Sensorların kompleks şəbəkəsinin tam idarə olunmasını təmin edir.  Sistem,  kompleks sensor idarəetmə çözümü olan FirstView tərəfindən dəstəklənir. FirstView-minlərlə sensor və istifadəçinin geniş miqyaslı, İP əsaslı sistemdən istifadə etməsinə kömək edir.