© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
CAM-Səhra Modeli

Əsas xüsusiyyətləri:
- Məsafədən təhlükə siqnalı vermək üçün, CAM ilə işləyir.
- CAM sisteminin sinir və ya dəri agentini təftişetmə rejiminə avtomatik keçməsini təmin edir.
- Əvvəlcədən müəyyən olunmuş səviyyədə səsli-görüntülü siqnal verir.
Əlavə xüsusiyyətləri:
- FAM(Field Alarm Module) sistemi, CAM sisteminin simulyatoru olan CAMSIM ilə uzlaşır
CAM sisteminin imkanları FAM ilə genişləndirilə bilər. FAM lokal keşikçi siqnalizasiyasını təmin etmək üçün nəzərdə tutulmuşdur. CAM sisteminə orijinal funksiyaları ilə yanaşı, keşikçi siqnalları verməyə də imkan verir.
Siqnalizasiya cihazı enerjisini litium batereyadan alır və işə düşmək üçün CAM aparatının arxa girişindəki seriya nömrəsindən istifadə edir. FAM, əvvəlcədən müəyyən olunmuş səviyyədə, məsafədən siqnallar verərək və buxar halında olan təhlükəli maddənin dərəcəsinin azalıb-artmasını fasiləsiz qeyd edərək, CAM sisteminin imkanlarını genişləndirir.
CAM/FAM kombinasiyası asan daşınır və tənzimlənir. Bu, CAM sisteminə tam gücü ilə işləmək imkanı verir, operativ təftiş və yoxlama vasitələrinin bir aparatda birləşməsinə imkan yaradır. Müvafiq olaraq, xərclər, təchizat və işçi qüvvəsinə qənaət olur.
CAM və FAM - Smiths Detection ticarət nişanıdırlar.
Spesifikasiya | |
---|---|
Enerji | 6V litium sulfur dioksid batereya, 40 saatdan artıq işləməyə imkan verir. |
Uyğunlaşma | CAM sistemi kimi, DEFSTAN 07-55 elementi ilə də uyğunlaşır |
İşlədiyi tempratur | +50°C -dən -25°C-yə kimi |
Ölçüsü(təxminən) | 164 x 160 x 97mm; 220 x 310 x 140mm |
Çəkisi(batereya daxil) | 1.40kq - FAM, 2.79kq -FAM + aksesuarların olduğu çanta |
Avadanlıq ibarətdir | FAM səhra siqnalizasiya cihazı, elektromaqnit puls cihazı, yağışdan qorunmaq üçün qapaq, kabel makarası(30 m), çanta. |