© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HGVI

Əsas xüsusiyyətləri:
- Bir aparatda çoxsaylı sensorların (ortoqonal texnika) birgə işləməsi
- Təkmilləşdirilmiş H-Fusion™ proqramı tərəfindən idarə olunaraq, çoxsaylı sensorların nəticələrini izah etmək.
- Qeyri-radioaktiv IMS (Ion Mobility Spectrometry ) mənbəyi.
- Avtomatik təftiş, təyinetmə və yoxlama rejimləri.
Əlavə xüsusiyyətləri:
- Möhkəm və yüngüldür
- Asanlıqla dezinfeksiya oluna bilir
- Geniş spektrumda kimyəvi agent və zəhərli kimyəvi maddələri təyin edir.
-
Qamma radiasiyanı aşkar edir
Səhv nəticələrin qarşısını almaq üçün HGVI sistemi təkmil, multi-sensorlu texnologiya ilə birləşən proqram təminatından faydalanır.Bu, eyni zamanda dəqiqliyi artırır və yekun nəticədən əmin olmanı təmin edir. HGVI sistemi təkmilləşdirilmiş H-Fusion™ proqramı tərəfindən idarə olunur. H-Fusion™ aşağıda verilən çox profilli sensorlardan alınan məlumatı analiz etmək üçün nəzərdə tutulmuşdur:
• İon Hərəkətlilik Spektromiyası (IMS)
• Fotoionizasiya təftişi (PID)
• Taguchi qaz sensorları (TGS)
HGVI yeganə əl detektorudur ki, kimyəvi agent və zəhərli kimyəvi maddələrin dərhal aşkar edilməsini, tanınmasını və miqdarının müəyyən olunmasını təmin edir və bu funksiyalardan lazım olanını həyata keçirmək üçün, rejimini avtomatik dəyişir.
HGVI, fövqəladə hallar əməkdaşları ilə qarşılıqlı işləyərək yaradılmışdır, Level-A qoruyucu geyimi ilə, istənilən mühitdə işləmək üçün çox sadədir. 3.4 kq çəkiyə malik olmaqla, çox asan daşınır.
HGVI -yüksək keyfiyyətli servis, təlim və dəstəklə inkşaf etdirilir. Bu, məhsulun optimal tətbiqinə şərait yaradır.
Smiths Detection mütərəqqi təhlükəsizlik çözümləri və dövlət tərəfindən tənzinlənən, CBRNE (kimyəvi, bioloji, reaktiv, nüvə, partlayıcı materialları) və digər təhlükəli və ya qanunsuz maddələri aşkar və təyin edən texnologiya məhsullarının dünya üzrə lider təminatçısıdır.
Əlavələr::
Əlavə LINX™ Simsiz Rabitə Aparatı məsafədən nəzarət texnologiyası ilə, hadisə yerindən çoxsaylı HGVI məlumatının vahid nəzarət mərkəzinə ötürülməsini təmin edir. LINX simsiz modem texnologiyasından istifadə edir və 16-ya kimi HGVI sisteminin şəbəkələşdirilməsinə imkan yaradır. |
Spesifikasiya | |
---|---|
Texnologiya | İon Hərəkətlilik Spektromiyası (IMS), Fotoionizasiya təftişi (PID) vəTaguchi qaz sensorları (TGS) |
Aşkar etdiyi və tanıdığı kimyəvi agentlər |
Sinir, dəri, qan və boğucu agentlər |
Aşkar etdiyi və tanıdığı zəhərli kimyəvi maddələr |
ITF-25 siyahısından yüksək və orta dərəcədə təhlükəli materiallar |
Aşkar etdiyi radiasiya | Qamma |
İş rejimi | Təftiş, tanıma və yoxlama |
Təhlükə siqnalı rejimi | Səsli, görüntülü və vibrasiyalı |
Çəkisi | 3.4 kq (7.5 funt) |
Ölçüsü | 43.2 x 14 x 12.7 sm (dəstəksiz) |
Enerji |
Yenidən yüklənə bilən Litium İon batereyası (sistem tam yüklü batereya ilə 8 saat işləyə bilir) 18 V sabit cərəyan; 110/240V dəyişən cərəyan Alışqan adaptoru |
Giriş/çıxış cihazları | USB interfeysi |
GPS | Hadisə yerinə asanlıqla çatmaq üçün, GPS sistemə inteqrasiya olunmuşdur |
İşlədiyi şərait | Pis havada; -10 °C-dən + 50°C-yə kimi tempraturda; 10%-dən 90% -ə kimi nisbi rütubətdə işləyə bilir. |
Ekran | Şərtlərdən asılı olaraq, arxa fon işığını avtomatik tənzimləmək üçün işıq sensoru olan LCD ekran |
Simsiz rabitə | RF modem texnologiyası |
Seçənəklər |
HGVI LINX simsiz rabitə avadanlığı (bəzi ölkələr üçün keçərli deyil) HGVI -sarı və ya qara rəngdə mövcuddur |