© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
LCD 3.3

Əsas xüsusiyyətləri:
- Birləşmiş kimyəvi agent və zəhərli kimyəvi maddə təftişetmə bazası
- AA batereyaları ilə 75 saata qədər fasiləsiz istifadə
- Extremal hallarda etibarlı işləməsi
- Qeyri-radioaktiv mənbədən istifadə edən, təkmilləşdirilmiş IMS texnologiyası
- Smiths Detectionun Sensa-LINX simsiz rabitə şəbəkəsinə inteqrasiya olunması
-
LCD 3.3 yüngül və çoxsaylı məqsədlər üçün istifadə olunan, təkmilləşdirilmiş detektordur (kimyəvi agent və zəhərli kimyəvi maddələr üçün). Həyat və sağlamlıq üçün təhlükə törədən təhlükəli maddələrin(qaz və buxar halında olan) mövcudluğunu aşkar edir. Eyni zamanda, tədqiqat və nəzarət üçün də istifadə oluna bilər.
LCD 3.3 əldə və ya kəmərə taxılaraq daşına bilər, bu istifadəçiyə əsas işini maneəsiz görməyə imkan verir. Səsli və görüntülü siqnallarla yanaşı, aydın, rahat oxunan LCD ekrana malikdir.
İstifadəsi çox sadədir, kalibrasiya və ya digər standart texniki baxım tələb etmir. Rahat dizaynı və mükəmməl iş qabiliyyətinin vəhdəti, geniş spektrumda imkanları təmin edir.
LCD 3.3 -yüksək keyfiyyətli servis, təlim və dəstəklə inkşaf etdirilir. Bu, məhsulun optimal tətbiqinə şərait yaradır.
Əlavə xüsusiyyətləri:
CWA: Kimyəvi agentləri aşkar etməsi və tanıması
TICs: Zəhərli kimyəvi maddələri aşkar etməsi
Survey: Təhlükəli maddənin dözümlü, davamlı, dezinfeksiya olunmamış qalıqlarını aşkar etməsi
Cüzi dərəcədə olan kimyəvi agent təhlükəsini belə,aşkar etməsi, tanıması, miqdarını müəyyənləşdirməsi və operatora məlumat verməsi
Əllərin sərbəst hərəkətini təmin etmək üçün, çantada daşınması. Çanta geyimə, kəmərə və digər ləvazimata asıla bilər.
Məlumat bazası aparılan əməliyyatlara aid informasiyanı qeyd edir (72 saata qədər -gələcəkdə analiz olunması üçün). RS232 protokolları vasitəsilə rabitə, əməliyyatdan sonrakı analizləri və proqram təminatının yenilənməsini təmin edir.
Spesifikasiya | |
---|---|
Ölçüsü | 10.54 x 17.93 x 4.72 sm (4.15 x 7.06 x 1.86 düymə) |
Çəkisi | Batereya ilə 0.65kq (1.5 funt) |
Enerji |
9 V sabit cərəyan 110/240V dəyişən cərəyan (Enerji təchizatı cihazından istifadə edərək) |
Batereya | 4 ədəd AA Lithium İon və ya 4 ədəd AA Alkaline Manganese Dioxide(təkrar yüklənən AA batereyalar istifadə oluna bilər) |
Texnologiya | Qeyri-radioaktiv, təkmilləşdirilmiş IMS(Ion Mobility Spectrometry) texnologiyası |
Aşkar etdiyi agentlər | Sinir, qan, dəri, boğucu agentlər və seçilmiş zəhərli kimyəvi maddələr |
Aksesuarlar | LCD 3.3 sisteminin imkanlarını artırmaq üçün, əlavə yardımçı vasitələr əldə oluna bilər. |