© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
SABRE 4000

Əsas xüsusiyyətləri:
- Ən kiçik və yüngül, 3 rejimli detektordur
- Həssaslıq və dəqiqliyi təmin edən, sınanmış IMS texnologiyası
- Bir neçə saniyəyə 40-dan artıq maddəni müəyyən etməsi
- Buxar və zərrəcikləri analiz etməsi
Seçənəklər
-
Çiyinə asıla bilən qoruyucu çexolu var.
İctimaiyyəti qorumaq üçün yorulmadan çalışanlar hər gün yeni bir təhlükə ilə qarşılaşır. Təhlükəni ən qısa müddətə aşkar etmək və onun qarşısını almaq üçün, onların müxtəlif, çoxsaylı maddələri təyin edən detektora ehtiyacı var.
SABRE 4000- yeganə portativ detektordur ki, 20 saniyə müddətinə, kimyəvi agent, partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri müəyyən edir. 3.2 kq çəkiyə malik olmaqla, SABRE 4000 terror və narkotika alveri ilə mübarizədə balaca, amma, güclü müttəfiqdir.
Əlavə 3.5” rəngli TFT ekran və standart batereya ilə, SABRE 4000 bütün təhlükəli maddələri aşkar edə və tanıya bilən yeganə detektordur.
Təhlükəni təftiş etməsi
SABRE 4000 ilə təftiş aparmaq, analiz olunmuş obyektdə hədəf maddənin tapılmasıdır. Bu da öz növbəsində, obyektin və ya onu idarə edən şəxsin, müəyyən olunmuş maddə ilə təmasda olması deməkdir. Bu halda, lazımi öıçülər götürülməlidir.
Nümunə toplaması
Düzgün nümunə toplamaq, hər bir detektor üçün uğurun açarıdır. Təkmilləşdirilmiş SABRE 4000 həm buxar, həm də zərrəcikləri analiz edə bilir. Bu, operatora hansı nümunəni almaqla, ən yaxşı, dəqiq nəticə əldə edə biləcəyini seçmək imkanı verir.
Spesifikasiya | |
---|---|
Texnologiya | IMS(Ion Mobility Spectrometry) texnologiyası |
Aşkar etdiyi partlayıcılar | RDX, PETN, TNT, Semtex, TATP, NG, Ammonium Nitrat və s. |
Aşkar etdiyi narkotik maddələr | Kokain, heroin, tetrahidrokannabinol, metamfetamin və s |
Aşkar etdiyi kimyəvi agentlər | Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), VX və VX, Nitrogen Mustard və s. kimi sinir və dəri agentləri |
Aşkar etdiyi zəhərli kimyəvi maddələr |
Hidrogen Quanid(HCN), Fosgen, SO2, NH3 və s. |
Ekran | Rəngli, 8.89sm (3.5düymə) TFT ekranı |
Əməliyyat üçün hazırlanması | 15 dəqiqədən az |
Anaiz müddəti | Aşkar etmə-10 saniyə; tam analiz-20 saniyə |
Ölçüsü | 36,3 x 11 x 13 sm |
Çəkisi | 4 saatlıq batereya ilə 3,2 kq ( 7 funt) |
İşlədiyi tempratur | 0°C -dən +40°C-yə kimi tempraturda |
İşlədiyi rütubətlilik | 95%-ə qədər nisbi rütubətdə (kondensasiyasız) |