© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
SABRE 5000

Əsas xüsusiyyətləri:
- Ən kiçik və yüngül, 3 rejimli detektordur
- Buxar halında olan peroksidləri (hər növ partlayıcı maddəni) təftiş etmək üçün idealdır
- Texniki baxım üçün öz-özünü müayinə edir.
- Kimyəvi agent və zəhərli kimyəvi maddələri aşkar etmək üçün həm müsbət, həm də mənfi rejimlərdə buxardan avtomatik nümunə götürür.
Seçənəklər:
- Çiyinə asıla bilən, qoruyucu çexolu var.
- 2 saatlıq batereya
3 rejimli SABRE 5000 detektorunun yeni funksiyalarına buxar təftiş etmək qabiliyyəti də daxildir. Bu funksiya geniş spektrumda maddəni tanımağa, daha çox səmərəlilik üçün aydınlaşdırmağa imkan verir. Üstəlik, cihazda olan öz-özünü diaqnoz xüsusiyyəti, istifadəçinin işini asanlaşdırır. Bütün bu sayılanlar SABRE 4000 cihazına əlavə olunaraq, SABRE 5000 cihazını formalaşdırmışdır. Dünyanın hər yerində əsas infrastrukturu, limanları, sərhədləri, nəqliyyat sistemini və hərbi bazaları qorumaq üçün, SABRE 5000 əsas vasitə kimi istifadə olunur.
Smiths Detectionun sınanmış IMS texnologiyasından istifadə edən SABRE 5000 aparatı, 40-dan artıq kimyəvi agent, partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri 20 saniyə müddətinə müəyyən etmək üçün proqramlaşdırılmışdır.
Buxar və hissəcikləri təftiş etmə
Təkmilləşdirilmiş SABRE 5000 həm buxar, həm də hissəcikləri analiz edə bilir. Operator ən dəqiq nəticə almaq üçün, ən uyğun metodu seçə bilər. Rejimdən-rejimə keçmək bir neçə saniyə alır.
ASV rejimi (Avtomatik olaraq buxar rejiminə keçmə)
Bu funksiya partlayıcı maddəni bir dəfə analiz etməklə həm mənfi, həm müsbər rejimlərdə optimal təftiş təklif edir. Kimyəvi agent və zəhərli kimyəvi maddələri təftiş etmək üçün, ASV-CWA/TIC rejimi, operatorlara mənfi/müsbət rejimlərə keçmədən, fasiləsiz analiz etmək imkanı yaradır. Stasionar şəraitdə istifadə olunarkən, ekran rahat görüntünü təmin etmək üçün, asanlıqla 180° fırlana bilər.
Spesifikasiya | |
---|---|
Texnologiya | IMS(Ion Mobility Spectrometry) texnologiyası |
Radiasiya mənbəyi | 63Ni, germetik 15 mCi |
Nümunə toplaması | Buxar və hissəciklər |
Ölçüləri | 36.3 x 11 x 13sm (14.5 x 4 x 4.5düymə) |
Aşkar etdiyi partlayıcı maddələr | RDX, PETN, TNT, Semtex, TATP, NG, Ammonium Nitrat, H2O2 və s. |
Aşkar etdiyi narkotik maddələr | Kokain, heroin, tetrahidrokannabinol, metamfetamin və s |
Aşkar etdiyi zəhərli kimyəvi maddələr |
Hidrogen Quanid(HCN), Fosgen, SO2, NH3 və s |
Aşkar etdiyi kimyəvi döyüş agentləri | Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), VX və VX, Nitrogen Mustard və s. kimi sinir və dəri agentləri |
Ekran | 8.89sm (3.5düymə) TFT ekranı |
Yanlış təhlükə siqnalı | 1%-dən az |
Voltaj | 12V sabit cərəyan; 110 V / 220 V dəyişən cərəyan, 50-60 Hz |
Təhlükə siqnalının tipi | Səsli, görüntülü (maddəni tanıma ilə) |
Əməliyyata hazır olması | 15 dəqiqədən az |
Çəkisi | 4 saatlıq batereya ilə 3,2 kq ( 7 funt) |
İş rejimi | Kimyəvi agent, partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri təftiş rejimləri |
Analiz müddəti | Aşkar etmə-10 saniyə; tam analiz-20 saniyə |
İşlədiyi tempratur | 0°C -dən +40°C-yə kimi tempraturda |
İşlədiyi rütubətlilik | 0 -95% nisbi rütubətdə (kondensasiyasız) |