SABRE CENTURION II

CENTURION II

enlarge

Əsas xüsusiyyətləri:

  • Kimyəvi agent  və zəhərli kimyəvi maddələrin eyni anda və sürətlə aşkar olunması.
  • Təkmilləşdirilmiş alqoritm yanlış siqnalları və məlum maddələrı qəbul etmir.
  • Təftiş  olunan maddələr üçün, dünya bazarında lider olan baza (yeni maddələr də əlavə oluna bilər).

Əlavə xüsusiyyətləri:

  • 70-ə qədər detektor, proqram təminatı da daxil olmaqla, mərkəzi Komanda və Kontrol Stansiyasında şəbəkələşdirilə bilər.
  • Operatorun tənzimlədiyi müqavimət və gecikmə filterləri,  maneələrə verilən siqnalları kənarlaşdırır. 
  • Saxlanması ucuz başa gəlir.
  • Regenerativ hava təmizləmə sistemi var.

SABRE CENTURION II-çoxsaylı kimyəvi agent  və zəhərli kimyəvi maddələri aşkar etmək və tanımaq  üçün havanı fasiləsiz kontrol edən stasionar  sistemdir. Əsasən binalarda istilik, ventilyasiya və kondisioner sisteminə, ictimai nəqliyyat sisteminə və ya insanların kütləvi toplaşdığı digər ərazilərə daxil edilən, proqramlaşdırılmış maddələri aşkar etmək üçün tətbiq olunur. Kritik hallarda sistem standart  sabit cərəyan vasitəsilə, operatora təhlükə aşkar olunduğu barədə məlumat verir. Eyni anda, maddənin yayılmasının qarşısını almaq üçün, havalandırma sistemlərini kontrol edir. SABRE CENTURION II, yeni yaranan təhlükələrə uyğunlaşan və xüsusi tələblərə görə tənzimlənə bilən geniş bazaya malikdir.

Real təcrübələr əsasında inkşaf etdirilərək, SABRE CENTURION II minimal texniki baxım tələb edən, çox etibarlı sistemdir.  

SABRE CENTURION II Sistemi
SABRE CENTURION II - 2 hissədən ibarətdir
 •Detektor modulu 
 • RAPU (Regenerativ hava təmizləmə cihazı) 
2 əlavə element
 • Rele qutusu( yüksək gərginlikli istilik, ventilyasiya və kondisioner sistemlərinə nəzarət üçün istifadə olunur)
 • ESS-1 (Nümunə götürmək üçün genişləndirilmiş sistem )

Detektor modulu çoxsaylı kimyəvi agent  və zəhərli kimyəvi maddələri eyni anda aşkar etmək üçün, IMS texnologiyası istifadə edir. IMS- dünyada çox geniş tətbiq olunan IONSCAN və SABRE 4000 seriyalı detektorlar üçün də istifadə olunur. Qurudulmuş və saflaşdırılmış hava, RAPU tərəfindən detektora ötürülür. Ventilyator və hava giriş yollarını kontrol etmək üçün əlavə rele modulu əldə oluna bilər. 200 metrə kimi məsafədən nümunələri detektora gətirmək üçün, ESS-1istifadə olunur.

Proqram təminatı da daxil olmaqla, 70- ə qədər detektor mərkəzi Komanda və Kontrol Stansiyasında şəbəkələşdirilə bilər. Komanda və Kontrol  nəzarət proqramı, detektorun yerini göstərə bilər və hər bir detektor üçün, operativ nəzarət və yoxlama görüntüsü təmin edə bilər.

SABRE CENTURION II mövcud və ya yeni yaranan sistemlərə, Smiths Detectionun  PROTECT sistemi(kimyəvi maddələri operativ təftişetmə, nəzarət və krizis idarəetmə sistemi), detektorların təmin etdiyi API və ya  FirstView (kompleks sensor idarəetmə çözümü olan, minlərlə sensor və istifadəçinin geniş miqyaslı, İP əsaslı sistemdən istifadə etməsini dəstəkləyən sistem)  vasitəsilə tam inteqrasiya ola bilər. 

Spesifikasiya
Texnologiya Ion Mobility Spectrometry (IMS)
Aşkar etdiyi kimyəvi
döyüş agentləri
Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), VX və VX, Nitrogen Mustard və s.Mustard(xardal turşusu) kimi sinir və dəri agentləri
Aşkar etdiyi zəhərli
kimyəvi maddələr
Cl2, HCl, HNO3, SO2, HCN, HF, HBr, BCl3, BF3, CS2, Hidrogen Quanid(HCN), Fosgen, Ammonia, Etilen Oksid, Fosfor Xlorid (PCl3)  Diboran və s.
Ölçüsü 46 x 41 x 28 sm 
İşlədiyi şərait 5°C -dən  +40°C-yə kimi  tempraturda
95%-dən aşağı   nisbi rütubətdə (kondensasiyasız) 
Məlumat interfeysi Ethernet
Əməliyyat sistemi  MS Windows
RAPU-nun çəkisi 5,6 kq (12.3 funt)
RAPU-nun ölçüsü 28,6 x 22,9 x 24,5 sm (11.3” x 9” x 9.5”)
Enerji Detektor- 110/220 V dəyişən cərəyan
RAPU: 90/264 V dəyişən cərəyan