© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
RespondeR BLS

Əsas xüsusiyyətləri:
- Şüşə və plastik (donuq, şəffaf və ya yarışəffaf) butulkalarda olan mayeni asanlıqla skan edir
- 20 saniyəyə analiz nəticəsini təqdim edir
- Analizin nəticəsi aydın başa düşülür
- 100mW lazerdən enerji alır
RespondeR BLS –masaüstü sistemidir, ağzı bağlı şüşə və plastik butulkalardakı təhlükəli mayeni zərərsiz mayedən dəqiqliklə fərqləndirir. Qabları açmadan mayeni analiz etmək vaxta qənaət edir. RespondeR BLS çöl mühitində və laboratoriyada sınanmış Raman Spectroscopy texnologiyasından faydalanır.
RespondeR BLS sadə istifadəçi interfeysinə malikdir, həssas ekranı var. Butulka qoruyucu örtüyün içinə yerləşdirilir və içindəkilər 785 nanometr yaxınlıqdan infrared lazerlə skan olunur. Qoruyucu örtüyün funksiyası lazer şüası butulkanı təftiş edərkən , operatoru və ətrafdakıları yarana biləcək partlayışdan mühafizə etməkdir.
Skan və analiz 20 saniyə müddətində, nəticə cihazın bazasında olan nümunələrlə müqayisə olunmaqla tamamlanır. Cihazın bazasında müxtəlif təhlükə növləri var və istənilən zaman, yeni nümunə əlavə olunaraq, dəyişdirilə bilər.
Təhlükə mövcud deyilsə, ekranda yaşıl hərflərlə “NO THREAT FOUND” yazılır və digər butulkaların skan olunmasına davam etmək olar. Əgər butulkadakı maddə cihazın bazasındakı hər hansı bir nümunəyə uyğunsa, ekranda qırmızı hərflərlə “POTENTIAL THREAT FOUND” yazılır. Tam əmin olmaq üçün, ikinci dəfə də həmin butulka skan oluna bilər. Əgər nəticə təsdiqlənərsə, o zaman müvafiq tədbirlər görülür. Təhlükə zamanı yaranan siqnallar, daxili kompüterdə saxlanılır, lazım olanda USB yaddaş cihazına köçürülə bilər.
RespondeR BLS- aeroportlarda, yüksək profilli obyektlərdə, binaların girişlərində, xüsusi tədbirlərdə tətbiq oluna bilər.
Spesifikasiya | |
---|---|
Texnologiya | Raman Spectroscopy |
Çəkisi | 17.15 kq (37.8 funt) |
Ölçüsü | 71.12 x 36.42 x 29.22 sm (28" x 14.34" x 15.44") |
Nümunə interfeysi | Ağzı bağlı olan şüşə və plastik (donuq, şəffaf və ya yarışəffaf) butulkalarda olan mayeni skan edir. |
İşləmə şəraiti |
0°C -dən 40°Cyə kimi tempraturda 0% -95% nisbi rütubətdə Dəniz səviyyəsindən -91m-dən 1524 m yüksəkliyə kimi |
Saxlama şəraiti |
-7°C-dən 49°C-yə kimi tempraturda 0% -98% nisbi rütubətdə Dəniz səviyyəsindən -91m-dən 3109 m yüksəkliyə kimi |
İstifadəçi interfeysi | Proqram təminatı optimallaşdırılmışdır, Windows əməliyyat sistemi istifadə edir, həssas ekran barmaq və ya stilus(çubuq) ilə idarə olunur |
Təhlükə siqnalı | 20 saniyədən az müddətdə səsli və görüntülü siqnal verilməsini təmin edir |
Tanıma | Təhlükəni tanıması 2 dəqiqəyədək tamamlanır |
Enerji | Daxili batereya: 5 saata yüklənir, işləmə müddəti 5 saatdır |
Xarici məlumat bazası | USB |
Nümunə bazası | Smiths Detectionun standart BLS bazası |