© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
IONSCAN SENTINEL II

Əsas xüsusiyyələri:
- İnsanları təmassız, başdan-ayağa qədər təftiş etmə
- Yüksək məhsuldarlıq- 1 dəqiqədə 6 nəfəri təftiş etmə
- Tam avtomatlaşdırılmış sistem
- Rəngli, həssas ekran
IONSCAN SENTINEL II - Zaman itkisi yaradan mexaniki axtarış prosesini aradan götürmək üçün dizayn olunmuşdur. 40-dan artıq maddəni bir neçə saniyəyə aşkar edir və tanıyır. Operator rəngli, həssas ekranla sistemi idarə edir. Analizin nəticəsi ekranda rahat anlaşılan şəkildə yazılır. Əgər təhlükə aşkar olunarsa, rəngli printer dərhal skan zamanı çəkilən rəqəmsal fotoşəkilləri print edir.
IONSCAN SENTINEL II sisteminin inkşaf prosesi
İstehlakçının tələblərinə bilavasitə cavab verən və çoxsaylı təcrübələrə əsaslanan IONSCAN SENTINEL II sisteminin yeni buraxılışı az enerji istifadə edir, modulyar çərçivə dizaynı var ki, bu da kompressoru cihazın içinə yerləşdirmək imkanı verir və SENTINEL sisteminin əvvəlki modelləri ilə müqayisədə az yer tutur. Bundan başqa, rahat dizayn, mükəmməl sərnişin interfeysi və asan istismar şərtləri imkanlarını daha da genişləndirir. Bütün bu təkmilləşdirmə tədbirləri, Smiths Detection IONSCAN aparatına xas olan həssaslığı və etibarlılığı saxlamaqla, həyata keçirilmişdir.
IONSCAN SENTINEL II sisteminin tətbiqi
IONSCAN SENTINEL II-Partlayıcı və narkotik maddələri aşkar etmək üçün, insanları skan edir. Yüksək məhsuldarlığı ilə, aeroport, gömrük, hərbi bazalar, islah-əmək düşərgələri, dövlət əhəmiyyətli obyektlər və kütləvi tədbirlərdə çoxsaylı insanları skan etməyə imkan verir, başdan-ayağa qədər təftiş apararaq, təhlükəli maddələrin hissəciklərini üzə çıxarır.
IONSCAN SENTINEL II-Smiths Detection kompaniyasının ticarət nişanıdır.
Spesifikasiya | |
---|---|
Texnologiya | Ion Mobility Spectrometry (IMS) |
Aşkar etdiyi partlayıcı maddələr | RDX, PETN, TNT, Semtex, NG və s. |
Aşkar etdiyi narkotik maddələr | Kokain, Heroin, THC (Çətənə), Metamfetamin, Ekstaz və s. |
Ölçüləri (En x U x H) | 188 x 140 x 229 sm |
Çəkisi | 860 kq |
Enerji |
208/220 V dəyişən cərəyan, 50Hz və ya 60Hz 30A max. (partlayıcı), 40A max. (narkotika/ikili) |
Yardımçı vasitələr |
Rəqəmsal kamera Rəngli printer |