© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
MMTD

Əsas xüsusiyyətləri:
- Partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri, kimyəvi döyüş agentlərini vahid bir sistemlə təftiş edən detektor
- Bir nümunə almaqla, partlayıcı və narkotik maddəni eyni anda təftişetmə və tanıma
- Hər növ partlayıcı maddəni aşkaretmə
Əlavə xüsusiyyətləri:
- Wi-Fi/Ethernet ilə məsafədən, nəzarətsiz əməliyyat
- Windows® CE əsaslı platforma istifadə edən, həssas interfeys
- SD yaddaş kartı ilə qeyri-məhdud miqdarda məlumat
- Daxili USB
MMTD -sərt mühitdə istifadə olunmaq üçün IP54 keyfiyyəti ilə yaradılmışdır. Möhkəm, portativ sistem hər cür təhlükəli maddəni sürətlə aşkar etmək və tanımaq üçün optimallaşdırılmışdır. Partlayıcı və narkotik maddələri eyni anda, bir dəfə analiz etməklə aşkar edən rejim də daxil olmaqla, dörd iş rejimi var. Operator, cihazı hissəcik və ya buxarı aşkar edən rejimlərə də asanlıqla keçirə bilər.
İki ədəd batereya (2.5 saatlıq, aparatı söndürmədən dəyişdirilə bilən) ilə 5 saat fasiləsiz əməliyyat aparması, bir və ya bir neçə obyekt üzərində məsafədən, nəzarətsiz əməliyyat aparmaq (siqnalizasiya və Komanda və Kontrol Mərkəzinə Wi-Fi/Ethernet vasitəsilə məlumat verərək), SD yaddaş kartı ilə limitsiz məlumatı yadda saxlamaq, nəticələri cihazdan almaq üçün USB portu MMTD sisteminin digər mühüm xüsusiyyətlərinə daxildir. Proqram təminatı isə, operatora məlumatı ətraflı analiz etmək və şəbəkəyə qoşularaq, nəticəni çap etmək imkanı verir.
MMTD sisteminin möhkəm konstruksiyası, geniş spektrumda maddəni tanıya bilməsi ön cəbhədə olan əsgərlər, sərt mühitdə işləyən təhlükəsizlik işçiləri (liman/sərhəd qoruyucuları kimi), aviasiya sistemi, xüsusi tədbirlər və s. üçün idealdır.
Spesifikasiya | |
---|---|
Texnologiya | Ion Mobility Spectrometry (IMS) |
Radiasiya mənbəyi | 63Ni, germetik 15 mCi |
Nümunə toplaması | Buxar və hissəciklər |
İş rejimi |
Partlayıcı/Narkotik maddələrin eyni anda təftişi üçün Yalnız partlayıcı maddə üçün Yalnız narkotik maddə üçün Kimyəvi döyüş agentləri/Zəhərli kimyəvi maddələr |
Aşkar etdiyi partlayıcı maddələr | RDX, PETN, TNT, TATP, NG, H202, EGDN və s. |
Aşkar etdiyi narkotik maddələr | Kokain, heroin, THC, metamfetamin və s. |
Təftiş etdiyi kimyəvi agentlər | Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), Agent VX və VX, və s. sinir və dəri agentləri |
Təftiş etdiyi zəhərli kimyəvi maddələr | Hidrogen Quanid(HCN), Fosgen, SO2, NH3 və s. |
Yanlış təhlükə siqnalı | 1%-dən az |
Proqramlaşdırıla bilən kanallar | 40-dan artıq |
Voltaj | 90-264VAC dəyişən cərəyan, 1.6A, 47-63Hz |
İşədüşmə müddəti | 10 dəqiqədən az |
Analiz müddəti | 10 saniyədən az |
Batereya | 2 ədəd 2.5 saatlıq batereya |
Təhlükə siqnalının tipi | Səsli, görüntülü (maddəni tanıma ilə) |
Ekran | Rəngli, 8.89sm (3.5düymə) TFT LCD ekran |
Məlumatı yaddaşda saxlaması | 2 GB SD kart |
Ölçüləri | 48,3 x 21,6 x 20,3 sm (19” x 8.5 ”x 8”) |
Çəkisi | Batereya ilə 5 kq ( 11 funt) |
İşləmə şəraiti: |
-7°C -dən +55°C-yə kimi tempraturda 0 -95% nisbi rütubətdə (kondensasiyasız) |
Mühitə uyğunlaşma | 1m hündürlükdən beton üzərinə düşərkən, xarab olmur. Yağışda, küləkdə, qumsal yerdə işləyə bilər.(IP54 əməliyyat, IP53 buxar təftişetmə). |