Meteoroloji ölçmə

Meteoroloji ölçmənin (MET) məqsədi, müharibə ərazisində mövcud olan şərait barədə silahlı qüvvələri vaxtlı-vaxtında, dəqiq məlumatla təmin etməkdir. MET proqnozu vəziyyət və atmosfer haqqında ətraflı təsəvvür yaradaraq, yan zərbələrdən qorunmağa imkan verir. MET silah sistemi və taktika seçiminə, çözümləri müəyyənləşdirməyə də təsir edə bilər.

MET sistemləri meteoroloji məlumatı On-scene sensorlar (lokal sensorlar ) və ya DoD Rəqəmsal Hava Mərkəzləri vasitəsilə əldə edə bilər. On-scene sensorlar ilə ölçməyə hava şarları ilə olunan testlər, yer səthinin vəziyyətinin ölçülməsi və peyklər daxildir. On-scene sensordan biri olan  Mesoscale MET Model yer səthindən və atmosferdən alınan ölçüləri müqayisə edir və döyüş ərazisi boyunca, ətraf mühit barədə məlumatı formalaşdırır. Sonradan bu MET “nowcast” modelini istifadə edərək, Mesoscale MET Modelindən MET Mesajları, MET Xəbərdarlıq və taktiki seçimləri  dəqiqliklə yaratmaq olar. 

Müasir sistemlər dəqiqliyi təmin etmək üçün, GPS və başqa texnologiyalardan faydalanırlar.Hazırda yeni yaradılan proqramlar fasiləsiz MET müşahidəsi, peyk təsvirləri, Doppler Radar və Rəqəmsal Hava məhsulları təmin edəcək. Ən son texnologiyalara əsaslanaraq, sistemin ölçüsü kiçildiləcək. Bu sistemlər silahlı qüvvələr tərəfindəm geniş istifadə olunacaq. 

Set-Profiler -  yenilənmiş, operativ meteoroloji ölçmə sistemidir. Silahlı qüvvələrə 500 kilometrə kimi məsafədən meteoroloji şərait haqqında məlumat əldə etməyə imkan verir. 
 Met system - Profiler