Klinik Diaqnostika Sistemləri

Bio-Seeq – molekulyar diaqnostika platformasıdır. İstənilən klinik şəraitdə, minimum müdaxilə ilə sürətli, laboratoriyada olduğu kimi keyfiyyətli test nəticələrini təqdim edir. Sistemə masaüstü klinik aparat, birdəfəlik istifadə üçün SPU və bir sıra mürəkkəb analizlər daxildir.

Bio-Seeq Klinik Aparat

Bio-Seeq Clinical Instrument
Portfel ölçüsündə olan aparat yaxınlıqdakı xəstənin kontrol edilməsi üçün uyğunlaşdırılmışdır.


Aparataaşağıdakı Daxildir:
• Beş və ya daha çox müstəqil termosikllər
• Tam avtomatlaşdırılmış nümunə hazırlanması və analiz  
• Sürətli nümunə hazırlığı və test (60-90 dəqiqəyə)
• Həssas ekran
• İdarə olunmaq üçün minimal təlim tələb edir, mikrobioloji təcrübəyə ehtiyac yoxdur.
• Tibbi məlumat sistemləri ilə inteqrasiya oluna bilər.
 

Bio-Seeq Nümunə Hazırlayan Cihaz (SPU)

Bio-Seeq Sample Preparation Unit (SPU)
Bio-Seeq SPU-bərk və maye halda olan çoxsaylı nümunələri qəbul edə bilər (qan, kista toxuması, yaxma və s). DNT və RNT-ni ayırmaq və saflaşdırmaq üçün tələb olunan bütün kimyəvi preparatlar bu sistemdə var və otaq tempraturunda saxlanıla bilər.
Nümunə cihaza daxil edildikdən sonra, istifadəçinin müdaxiləsinə gərək qalmır.