© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
iLane

Əsas xüsusiyyətləri:
- Sərnişinlərin rahatlığını və yüksək sürətlə keçidini təmin edən, avtomatlaşdırıdlmış nəzarət-buraxılış şəraiti
- Maye və partlayıcı maddələri avtomatik aşkaretmə funksiyası
Sərnişin axınının gündən-günə çoxalması və təhlükəsizlik standartlarının inkişaf edərək genişlənməsi aeroport işçiləri üçün böyük çətinliklər yaradır. Onlardan, təhlükəsizlik tədbirlərini daha effektiv və az xərclər hesabına həyata keçirmək tələb olunur.
iLane–Smiths Detection kompaniyasının mütərəqqi nəzarət-buraxılış məhfumudur.Yeni təhlükəsizlik standartlarına uyğunlaşmaqla, iş prosesini optimallaşdırmaq üçün nəzərdə tutulmuşdur.
Mürəkkəb bir nəzarət-buraxılış çözümü olan iLane, erqonomik və əməliyyat standartlara uyğun, mütərəqqi bir məhsul olaraq yaradılmışdır. Həm sərnişinlər, həm də operatorlar üçün münasib olan əməliyyat aparmağa imkan verir.
iLane sisteminin çeşidli modulyar elementləri, onun aeroportun mövcud şəraitinə və infrastrukturuna mükəmməl inteqrasiya olunması üçün imkan yaradır. Sistem, təhlükəsiz buraxılış-nəzarət prosesini optimallaşdırmaq üçün, Smiths Detection kompaniyasının digər məhsulu- sınanmış ProLine sistemi ilə sıx əlaqədə işləyərək, onun çoxsaylı, mütərəqqi aktiv və passiv elementlərindən yararlanır.
Maksimum səmərəyə nail olmaq üçün iLane sistemi, Smiths Detection kompaniyasının istənilən rentgen təftiş çözümü (nəzarət-buraxılış üçün) ilə birləşə bilər.
iLane-təhlükəsiz nəzarət-buraxılışa yeni yanaşmadır, qənaətcil, sərnişinlərə rahat, sürətli əməliyyat prosesini təmin edərək, yüksək səviyyədə təhlükəsizlik üçün şərait yaradır.
Spesifikasiya | |
---|---|
iLane.one |
Adi nəzarət-buraxılış məntəqələri ilə müqayisədə, 20% daha sürətli sərnişin keçidi Təhükəsizlik əməkdaşlarının şəraitə uyğun şəkildə mövqelərdə yerləşməsi Sərnişin rahatlığının və məxfiliyinin daha yaxşı təmin olunması |
iLane.pass |
Konveyer qutularının avtomatik geri qayıtması Maili sistem quruluşu Səssiz və etibarlı |
iLane.evo |
Birləşdirilmiş Platforma – yeni texnologiyaların inteqrasiyası üçün hazırdır Çantaları təqib etmək və yoxlamaq üçün, təkmilləşdirilmiş sistem Sərfəli əməliyyat xərcləri Səssiz və etibarlı Minimum idarəetmə ilə, sərnişin rahatlığının yüksək səviyyədə təminatı |