© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HiTraX-Operatorlar üçün texnologiya

Təhlükəsizlik operatorları təxirəsalınmaz və etibarlı təhlükəsizliyi təmin etmək üçün optimal texniki dəstəklə təmin olunmalıdırlar. Yalnız rentgen texnologiyası və operatorların qarşılıqlı fəaliyyəti səmərəli təhlükəsizlik tədbirləri üçün imkan yarada bilər. Texniki üstünlüklərindən başqa, HiTraX istifadəçi üçün sadələşmiş interfeysin konfiqurasiyasında diqqəti cəmləşdirir. Soldakı şəkil HiTraX istifadəçi interfeysini göstərir.
HI-MAT Plus

HiTraX-ın yaranması gedişində HI-MAT Plus metodu əhəmiyyətli dərəcədə inkşaf etdirilmişdir. Obyektin təsvirinin rəng çalarlarında rentgen görüntüsünün aydınlığı artmışdır. Buna görə, bütün təsvir olunan materiallar rənglərinə görə daha rahat fərqləndirilir. Nəticədə, hətta, ən cüzi material fərqi belə görünə bilir və təsvirin detallarının aydınlıq dərəcəsi, keyfiyyəti artır. İnsan gözünün həssaslığı işıq dalğalarının uzunluğuna görə fərqləndiyi üçün, rənglərin təsviri insan gözünə uyğunlaşdırılmışdır. HI-MAT Plus metodunun nəticəsi təhlükəsizlik sektorunda analoqu olmayan, şəffaflıq və aydın təsvir verən rentgen təsviridir.
Şəkil:
1)Radionun köhnə MB8 texnologiyasına əsaslanan rentgen təsviri (solda)
2)Radionun HiTraX texnologiyasına əsaslanan rentgen təsviri (sağda)
Əsas xüsusiyyətləri:
- Yüksək keyfiyyətli prosessor texnologiyası
- Yüksək sürətli rəqəmsal siqnal ötürülməsi
- HI-MATPLUS: təkmilləşdirilmiş material fərqləndirilməsi
- 1280x1024 ölçüsünə qədər yüksək keyfiyyətli şəkil təsviri
- Titrəşimsiz görüntü (75 Hz, aydın)
- 24 bit operativ görüntü işlənmə funksiyası
- Yeni sadələşmiş istifadəçi interfeysi
- Proqlamlaşdırıla bilən prioritet klavişlər
Seçənəklər:
- X-ACT: Şübhəli obyektin avtomatik olaraq (onlayn) haşiyəyə alınması
- HI-SPOT: Lokal bölgə görüntüsü imkanları(lokal)
- HI-TIP: Təhlükəli Obyektin Proyeksiyası
- Image Store (IMS): Şəkil İdarəetmə Sistemi
- SUPERENHANCEMENT (SEN)
- XPLORE: ZEFF həssas görüntü
- Məsafədən diaqnoz