© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HI-MAT-Təkmilləşdirilmiş multi-enerjili metod
HI-MAT Plus təkmilləşmiş rəng təsvirinə görə, yükün içində olan əşyaları asanlıqla aşkar etmək üçün başqa sistemlər və ya ağ-qara təsvirlə müqayisədə daha artıq üstünlüyünə malikdir.
Rentgen təsviri


Materialın fərqləndirilməsi
Materialların fərqləndirilməsi Z atom nömrələrinə uyğun olaraq aparılır. Fasiləsiz rəng qamması ilə elementlərin 3 əsas qrupu ayrılır:
0 < Z < 10 narıncı (alçaq)
10 < Z < 18 yaşıl (orta)
18 < Z < 40 göy (yüksək)
Rənglərin təyinatı
Sadələşmiş şəkil təqdimatı
İnsan gözünün həssaslığı işıq dalğalarının uzunluğuna görə fərqləndiyi üçün, rənglərin təsviri insan gözünə uyğunlaşmışdır.
HI-MAT Plus metodunda verilərkən görüntüdəki müxtəlif materialların rəng seçimi elə verilir ki, adi gözlə seçilən rəngin parlaqlığı müvafiq ağ-qara şəklin işıqlanmasına uyğun gəlir.Obyektin təsvirinin insan gözünün fizionomiyasına uyğunlaşması onun fokusa alınmasını və görünməsini asanlaşdırır.
Üst-üstə yığılan materiallar

HI-MAT Plus metodu isə üst-üstə yığılmış obyektlər arasında rənginə görə fərqlənən materialın tərkibindəki maddələrdən asılı olaraq, qarışıq rəng təsvirini təmin edir.
Əlavə imkanlar
VARI-MAT

VARI-MAT ağ-qara təsvirdən məlum olan boz rəngin çalarlarının HI-MAT rəngli təsvirinə keçməsidir. Bu, mövqeyinə və ölşüsünə görə fərqlənən pəncərələr vasitəsilə aparılır. VARI-MAT vasitəsilə detektorlar tərəfindən yığılan informasiya maksimal şəkildə dəqiqləşdirilə bilər.VARI-MAT kontrastda olan ən cüzi fərqləri, həmçinin şüalandırılması çətin olan əşyaların detallarını da görüntüləmək üçün əlverişlidir. VARI-MAT eyni zamanda xaos yaradan eynicinsli maneələrin də qarşısını alır.
Sıx qablaşdırılmış tipik çantalar HI-MAT təsvirində narıncı rənglə verilən üzvi material kimi təsvir olunacaq. Belə olduqda, VARI-MAT təsvirində bu material elə yerləşdirilir ki, az qala görünməz olur. Şübhə doğuran üzvi maddə bu qəbildən olan materialdan aydın seçilir. Düyməyə basan kimi, operativ olaraq, öncədən ayarlanmış ixtiyari VARI-MAT funksiyasını istifadə etmək olar.