Veterinar diaqnostika

Veterinary Diagnostics
Heyvan xəstəlikləri vəhşi, təsərrüfat məqsədi ilə saxlanan və ev heyvanları üçün təhlükə yaradır. Bu, qısa və ya uzun müddət davam edən, potensial iqtisadi və ekoloji  ziyanla nəticələnə bilər.  Dabaq, quş qripi, kataral qızdırma kimi xəstəliklərin kütləvi hal alması, onların yayılmasının qarşısını almaq üçün, erkən təyin olunmasının  zərurətini ön plana çıxarmışdır. Bununla belə, xəstəliklərin yayılmasına nəzarət,  alınmış nümunələrin epidemioloji laboratoriyaya çatdırılması zərurəti ilə mürəkkəbləşə bilər. Əgər laboratoriya başqa ölkədədirsə, bu böyük problem yaradır. 

Smiths Detectionun portativ diaqnostika laboratoriya-sistemi,  büyün diqqəti xəstəliyin  qarşısını almağa yönəldir və alınmış nümunələri laboratoriyaya daşımaq lazım olmur. Bu portativ sistem-laboratoriya çöldə işləyən baytarları nəzərə alaraq dizayn olunmuşdur, portfel ölçüsündə olan PCR ( Polimeraz Zəncir Reaksiyası) alətini və birdəfəlik istifadə olunan SPU-nu (Nümunə Hazırlayan Cihaz) özündə birləşdirir. Bu sistem, baytarlar və ya PCR-dan heç bir texniki anlayışı olmayan başqa mütəxəssislər tərəfindən xəstəliyin  müxtəlif hava şəraitində,  yerindəcə, sürətlə  müəyyən olunmasını təmin edir.