HI-SPOT-Yüksək sıxlığa malik obyektin təftişi

Ümumi

HI-SPOT qaranlıq yerlərin təsvirini verir və şüa udma qabiliyyəti çox olan bölgələri avtomatik təyin edir. Tədqiq olunan sahə  təkmilləşmiş filter proqramlar tərəfindən analiz olunur və görüntülənir.  
Weapon covered by steel
Polad təbəqə ilə örtülmüş silah

 

Illumination of the dense area
HI-SPOT
ilə yüksək sıxlığa malik yerin görüntülənməsi
Nəticə: şəklin digər yerləri haqqında məlumatı korlamadan, rentgen şüalarının çətiliklə keçdiyi bölgənin tədqiqi təkmilləşir.
HI-SPOT avtomatik funksiyadır. Əllə idarəyə və ya konveyerin dayandırılmasına ehtiyac yoxdur.

HI-SPOT onlayn və operativ işləyir, operator vaxt itkisinə yol vermir. Şüalanma dərəcəsi və ən kiçik ölçülü bölgənin tədqiq olunması belə proqramlaşdırıla bildiyindən, HI-SPOT nəzarətçi şəxs tərəfindən asanlıqla nizamlana bilər.

 

Əsas özəllikləri

  • HI-SPOT sıxlığı çox olan bölgənin avtomatik təftişini təmin edir
  • HI-SPOT onlayn və operativ işləyir, operator vaxt itkisinə yol vermir
  • HI-SPOT operatorun müdaxiləsini və ya yük axınının dayandırılmasını tələb etmir
  • HI-SPOT şübhəli bölgə aşkar etdiyi təqdirdə, konveyerin avtomatik dayanmasını təmin edir.
  • HI-SPOT yüksək şüalanma tələb edən ərazinin analiz olunmasını təkmilləşdirir və bu zaman aşağı şüalanma ilə analiz olunan bölgələrin görüntüsünü korlamır.