Mikrodalğa

Tezliyi infraqırmızı və radio dalğaları arasında olan mikrodalğalar, parça kimi nazik materialdan keçərək obyekti təyin etmək üçün istifadə olunur. Bu metod əsasən geyimin altında gizlədilmiş silah və ya hər hansı dəmir əsyanı üzə çıxarmaq üçün tətbiq olunur.

Mikrodalğalar 50 ildən artıq keçdiyi inkişaf yolunda, ən bəsit cihazlardan müasir təhlükəsizlik sistemlərində tətbiq olunduqları günədək çox böyük yol qət etmişdirlər. Günümüzdə bu texnologiya çox geniş istifadə olunur.

Smiths Detection bu texnologiyanı bir addım daha önə apararaq, böyük insan kütləsinin qısa müddətdə təftiş olunmasına nail ola bilmişdir. Eqo – yeni nəsil mikodalğa cihazı belə tələblərin öhdəsindən asanlıqla gəlir. Bu sistemə daxil olan yüksək keyfiyyətli monitorlar operatorların işini rahatlaşdırır və operativ olaraq onlara təmiz, hərəkətli görüntü təqdim edir.