© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
CIPS 2008
2008-ci ildə Azərbaycanda keçirilən 1-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri sərgisində Dünyanın 9 ölkəsindən 29 şirkəti iştirak etmişdir. Sərginin keçirilməsində məqsəd ölkəmizdə təhlükəsizlik sahəsi üçün nəzərdə tutulan proqressiv texnologiyaları tətbiq etməkdir.
Sərginin açılış mərasimində Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Rəisi Polis General Mayoru Mədət Quliyev və digər aidiyyatı qurumların nümayəndələri çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən sərginin əhəmiyyətindən danışdılar.
Sərgidə daxil olmaya qarşı həyəcan sistemi, mühafizə televiziyası və müşahidə, girişə nəzarət, yanğın təhlükəsizliyi, terror əleyhinə mühafizə və axtarış, yoxlama avadanlıqları, mərkəzləşdirilmiş həyəcan sistemləri, qəbul nəzarət avadanlıqları, biometrik sistem, sənaye casusluğuna qarşı mübarizə sistemləri v\ digər ən müasir texnologiyalara əsaslanan, texniki vasitələr nümayiş etdirildi.
Sərgidə həm xarici həm də yerli şirkətlər təmsil olunurdu. Sərgidə dünyanın təhlükəsizlik üzrə bir nömrəli şirkəti - Smiths Detection -un Azərbaycandakı təmsilçisi -Askon Az şirkətlər qrupu da iştirak edirdi. Təqdim olunan avadanlıq və qurğular sırasında: Rentgen təftiş sistemləri, dünyada analoqu olmayan bioscan partlayıcı və narkotik detektorları, radiasiya detektorları, iri nəqliyyat təftiş sistemləri,termal kameralar, və digər təhlükəsizlik sistemləri nömayiş olundu. Bu vasitələr aeroportda yüklərin yoxlanılmasında, xüsusi xidmət, gömrük, poçt, ofis, bank, dövlət əhəmiyyətli binalar, həmçinin nazirliklərdə də istifadə oluna bilıər. Bu cihazların köməkliyi ilə maçınların, karqoların rentgen vasitəsilə tex bir zamanda yoxlanılmasını da həyata keçirmək mümkündür