Tətbiq sahəsi üzrə sıralama

Müştərilərin fərdi tələbatını ödəmək üçün, Smiths Detection növbənöv, spesifik təhlükəsizlik vasitələri ilə müxtəlif sektorlarda  xidmət edir. Kompaniya bu çözümlərə nail olmaq üçün, geniş texnologiya seriyası tətbiq edir.

Əsas  xidmət sektorları aşağıdakılardır:

Nəqliyyat -Bu sektorda əsas yeri aviasiya sistemi tutur. Həmçinin, kütləvi tranzit dəmiryol nəqliyyat sistemləri də bura daxildir.(ətraflı) 

Əsas İnfrastruktur –Sənaye müəssisələri və təşkilatlar, binalar, distribütor şəbəkələri, ictimai/kommersiya/dövlət obyektləri və s.(ətraflı) 

Liman və sərhəd məntəqələri –Gömrük işçiləri və sərhəd qoruması üçün sistemlər: buraya, sərhəddən keçən yükün yoxlanması, beynəlxalq səviyyədə qaçaqmalçılığın qarşısının alınması, partlayıcı maddələrin, silahların,  radioloji bomba,  kütləvi qırğın vasitələrinin aşkar edilməsi, eyni zamanda sərnişinlərin təhlükəsiz daşınması daxildir.(ətraflı) 

Fövqəladə hallar –Ən təkmilləşdirilmiş, müasir texnologiyanı təmin edir. Zəhərli maddələrlə işləmək zərurəti yarandıqda, fövqəladə hallar əməkdaşlarına potensial təhlükəyə qarşı əminliklə mübarizə aparmaq imkanı verir.(ətraflı) 

Hərbi sistem–Silahlı qüvvələr in tələblərinə cavab verən və döyüş meydanında elmin  nailiyyətlərinin tətbiq olunmasına şərait yaradan, əsasən kimyəvi və bioloji döyüş agentlərindən gələn təhlükəni aşkar etmək üçün sistemlərdir.(ətraflı) 

Tədbirlər -Təhlükəsizlik tədbirləri bütün məkanı, həmçinin, prosesdə iştrak edən çoxsaylı, əsas və yardımçı sistemləri əhatə etməlidir.(ətraflı) 

Diaqnostika-Portfel boyda olan, sürətli diaqnostika sistemləri xəstəxanada infeksion xəstəliklərin ilkin təyin olunmasını təmin edir. Həmçinin, heyvan xəstəliklərini tanıya bilir.(ətraflı)