Nümunə hazırlanması

Sample Preparation Unit (SPU)
Açıq mühitdə istifadə üçün olan  PCR-nin mənimsənilməsi uzun müddət çəkmişdir. Bu prosesin uzun sürməsi, qismən,  PCR analizlərindən öncəki  nümunələrdən tam saflaşdırılmış nüvə turşusu (DNT; RNT) alınması zərurətinə bağlıdır. Smiths Detectionun SPU məhsulu yeni dizayn olunmuş, tam avtomatlaşdırılmış nümunə hazırlayan sistemdir,  qeyri-ekspertlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. SPU birdəfəlik istifadə üçün nəzərdə tutlan məhsuldur, DNT və RNT-ni geniş spektrli nümunələrin (qan, süd, kista toxuması, ifrazat, yaxma) içindən seçərək, saflaşdırmaq qabiliyyəti var.
 

SPU reaktiv paketlə işləyir,  nümunədən həm DNT-ni, həm də RNT-ni ayırmaq üçün lazım olan bütün mexaniki və kimyəvi amilləri özündə birləşdirir. Təcrübə üçün xüsusi, reaktiv maddələr SPU tərəfindən, reaktiv paketlərdən avtomatik olaraq PCR-dən əvvəlki nüvə turşusuna əlavə edilir. Bütün proses SPU tərəfindən idarə olunur, istifadəçidən heç bir hərəkət tələb olunmur. 

Bu sistemin hazırlanması zamanı, asan istifadə oluna bilməsi ön plana çəkilmişdir. Nümunələr cihaza qoyulur və qapaq bağlanır. Sonra, SPU Portativ Veterinar Laboratoriya Aparatına yerləşdirilir ki, bu da nümunəni analiz edir  və sonda PCR prosesini işə salır.

Reaktiv paket
Reaktiv paket SPU ilə əlaqəli işləyir,  təcrübə üçün lazım olan, xüsusi reaktiv maddələri özündə birləşdirir. İstifadədən əvvəl, SPU-ya yerləşdirilmək üçün dizayn olunmuşdur. Reaktiv paket və SPU ayrı-ayrılıqda alına bilər. 

Smiths Detectionun reaktiv paketi, sərt çöl mühitində sadə, etibarlı istifadəni təmin etmək məqsədinə yönəldilmiş unikal xüsusiyyətlərə malikdir.Ştrix-kod və s. funksiyalar analizin istifadəçi tərəfindən siyahıdan seçilməsi yerinə, aparat tərəfindən avtomatik seçilməsinə imkan yaradır. Paketlərin istifadəyə yararlılıq müddəti, analizin doğruluğuna qarantiya vermək üçün kontrol olunur.

Reaktiv paketlərin SPU-dan ayrıla bilməsi, istifadəçiyə bir sıra fayda verir: reaktiv dəst SPU-dan xeyli balacadır və buna görə də, çoxsaylı təcrübələr aparıla bilər. Bu, veterinarın eyni sayda SPU-nu yanında daşımadan, hər zaman düzgün analiz əldə edəcəyinə qarantiya verir.