GID-3

enlarge

Əsas xüsusiyyətləri:

  • Ətraflı təftiş aparmaq üçün nəzərdə tutulmuşdur. Müxtəlif variantlar və konfiqurasiya ilə çoxsaylı funksiyanı yerinə yetirir.
  • Sinir, qan, dəri və boğucu agentlərin mövcudluğunu və təhlükənin dərəcəsini göstərir. 
  • Həm yaxın, həm də uzaq məsafədən səsli və görüntülü siqnalları təmin edir.
  • Həm minik vasitələri olan, həm də piyada döyüşçülər üçün nəzərdə tutulmuşdur.

Əlavə xüsusiyyətləri: 

  • Proqram təminatından asılı olaraq, seçilmiş zəhərli kimyəvi maddələri də aşkar edə bilər.
  • Fasiləsiz işləyir, təhlükəyə dərhal reaksiya verir.

GID-3 kimyəvi agentləri operativ aşkar edir. İstifadəsi asan, möhkəm, etibarlı, döyüşdə sınanmış və ümidləri doğrultmuş bir cihazdır. Dünya üzrə mövcud olan məhsulların içində ən çox sınaqdan keçmiş  və geniş tətbiq olunan detektordur. Stasionar olaraq və ya minik vasitələrində qurula bilər və ya əldə daşınaraq istifadə oluna bilər.

Radio modem və GPS əlavə olunmuş  NASCAP konfiqurasiyasına  birləşdirilərkən, GID-3 mobil və ya stasionar şəbəkəyə inteqrasiya oluna bilər.

Dəyişən təhlükələrə uyğunlaşmaq üçün asanlıqla yenidən proqlamlaşdırıla bilər. Nəqliyyat vasitələrində quraşdırılmaqla, zirehdən keçə bilən  mexanizm, məsafədən idarə cihazı, radio modem və digər köməkçi vasitələrlə imkanları genişləndirilməklə, GID-3 standart, etalon bir detektordur.

GID-3  - Smiths Detectionun ticarət nişanıdır.

Spesifikasiya
Ölçüsü: Detektor - 27 x 18 x 16.6 sm
Batereya qutusu və batereya - 7.6 x 18 x 15 sm
Nəqliyyat vasitəsində quraşdırılan - 41 x 33 x 20 sm
Çəkisi: Batereyasız - 4.8 kq, batereya ilə - 6.4 kq
Enerji: Hərbidə istifadə olunan, standart, Li SO2 və yenidən yüklənə bilən batereyalar Hərbi maşınlardan alınan, standart 23V- 32V sabit cərəyan
Satışda əldə oluna bilən, 90V- 266 V dəyişən cərəyan enerji mənbələri(47-63Hz.) 
Aşkar etdiyi agentlər: Standart olaraq GA, GB, GD, VX, HD və L . Əlavə funksiyalarla digər kimyəvi agent və zəhərli kimyəvi maddələrin müəyyən növləri.
Təhlükə siqnalı: Səsli və/və ya görüntülü; məsafədən
İşlədiyi tempratur: -30°C -dən +52°C-yə kimi intervalda işləyir; 
-40°C-dən  +70°C-yə kimi  intervalda saxlanılır
Məlumatı göstərməsi: Rabitə portları, informasiyanın RS232 formatda verilməsini təmin edir